2015-ci ildən bəri Türkiyənin ATV kanalında yayımlanan məşhur “Eşkiya dünyaya hökümdar olmaz” serialı artıq başa çatıb.
İzləyicilərinin qısaca olaraq EDHO adlandırdığı ekran əsəri uzun zaman idi ki, ən reytinqli proqramlardan biri kimi daim diqqət mərkəzində idi.
Bu xəbəri ekran əsərində baş rolu canlandıran Oktay Kaynarca “Instagram” hesabından paylaşıb.
O, serialın yaradıcı heytinə və pərəstişkarlarına təşəkkür edərək onlarla vidalaşıb.
Qeyd edək ki, Türkiyə televiziyası tarixinin ən uğurlu layihələrindən biri olan “Eşkiya dünyaya hökümdar olmaz” serialının ötən altı mövsüm ərzində 199 seriyası yayımlanıb.
Son həftələrdə ATV-də serialın yeni mövsümünün anonsları getsə də, kanal rəhbərliyi ilə serialın çəkiliş qrupu arasında anlaşmazlıqların yaşandığı bildirilib.
Посмотреть эту публикацию в Instagram
"Türkiyə" teqi üzrə xəbərlər
- "Haber Global": COP29-da Türkiyənin təqdim etdiyi "Sıfır tullantı" stendi böyük diqqət çəkir
- Türkiyəli nazir müavini: "Azərbaycan ilkə imza atdı"
- Yusuf Tekin: "COP29-un qardaş ölkənin paytaxtı Bakıda keçirilməsindən qürur duyuruq"
- Türkiyədə "Yenidoğan" məhkəməsi: On körpəni qəsdən öldürən tibb işçilərinə hansı cəza veriləcək?
- Türkiyəli balıqçı insan boyda balıq tutdu
Ən çox oxunanlarDigər xəbərlər
Rəylər