Soul musiqi janrının əfsanəvi adı Ben Kinq 76 yaşında dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, B.Kinq ilk dəfə karyerasına “The Drifters” qrupu ilə başlayıb. Sonradan “There Goes My Baby” (1958), “Spanish Harlem” (1961) və “Stand By Me” (1961) mahnıları ilə daha da populyarlıq qazanıb
“Rolling Stone” jurnalının “Bütün dövrlərin ən yaxşı 500 ifaçısı” siyahısında B.Kinqin də adı var.