2015-ci ilin I rübündə Gürcüstana səfər edən xarici vətəndaşların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 2% azalaraq 986 366 nəfər təşkil edib.
Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm İdarəsindən məlumat verilib.
Məlumata əsasən, Azərbaycan Gürcüstana səfər etmiş xarici vətəndaşlar arasında birinci yerdədir – 283 504 nəfər (ötən ilin analoji dövrü ilə müqayisədə 6% çox).
İkinci yerdə Türkiyədir – 261 756 nəfər, ötən ilin analoji dövrü ilə müqayisədə 10% azdır. Üçüncü yerdə Ermənistandır – 228 305 nəfər (ötən ilin analoji dövrü ilə müqayisədə 1% çox).
www.oxu.az