Azərbaycanı “Eurovision-2015”də təmsil edəcək Elnur Hüseynov Türkiyənin məşhur “Beyaz Show” proqramının qonağı olub.
Oxu.Az xəbər verir ki, aparıcı Bəyazit Öztürk onu “Eurovision”da həm Azərbaycanı, həm də Türkiyəni təmsil edəcək” deyə təqdim edib. Veriliş zamanı Elnur yarışmada oxuyacağı “Hour of the Wolf” mahnısı və promo-turları haqda danışıb.
Azərbaycan musiqisini çox sevdiyini deyən Bəyaz təmsilçimizə “Əgər bu səsə qiymət versələr, sən birinci olarsan” deyib.