Ötən əsrin 60-cı illərindən bu günə kimi sevilən amerikalı kinoulduz Odri Hepbernin (Audrey Hepburn) məktubları İngiltərənin paytaxtı Londonda təşkil edilən hərracların birində 15 min dollara satılıb.
Oxu.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

1951-1960-cı illərdə aktrisanın dostu və həmkarı Feliks Eylmerə (Hepbern karyerasının əvvələrində tanış olduğu Eylmerdən diksiya dərsləri alıb) göndərdiyi 10 məktubu, adının açıqlanmasını istəməyən bir kolleksiyaçı tərəfindən satın alınıb.
_21:640.jpg)
Aktrisa nişanlısı Ceyms Hansondan ayrıldıqdan sonra yazdığı məktubunda yaşadığı kədər və üzüntülərdən bəhs edib.
![]()
Qeyd edək ki, 1929-cu ildə doğulan Odri Hepbern XX əsrdə dünyanın 10 ən gözəl aktrisası sırasında yer alıb.
O, 1952-ci ildə Gregory Peck ilə baş rolu paylaşdığı “Roma tətilləri” filminə görə “Ən yaxşı qadın aktrisa” nominasiyasında “Oskar” mükafatına layiq görülüb.
:640.jpg)
Odri Hepbern həm də nəcib insan və xeyirxah əməllər sahibi olub. O, ağır xəstə ikən vəsiyyət edib ki, ölümündən sonra bütün əmlakını və ona məxsus olan nə varsa, hamısını auksionda satıb, əldə olunan vəsaiti xərçəng xəstəliyindən əziyyət çəkənlərin müalicə fonduna keçirsinlər.
Aktrisa 1993-cü ildə dünyasını dəyişib.
Aytən Sadıqzadə
www.oxu.az