Gənc ifaçılar Sevil və Sevinc bacıları artıq aparıcılıq edəcəklər.
Oxu.Az xəbər verir ki, Qafqazinfo-nun məlumatına görə, bacılar Xəzər TV-də yayımlanacaq “Hər şey daxil” proqramı ilə efirə çıxacaqlar.
“Artıq bizi tamaşaçılar aparıcı kimi də görəcək. Ailəmizin xəzəri olan Xəzər TV-dən bizə təklif gəlib. İnanın, bizim də bir neçə ay əvvəl ağlımızda maraqlı bir layihə var idi. Müəyyən səbəblərdən kanala bu istəyimizi bildirə bilmədik. Bu cür təklifi çox müsbət qarşıladıq. Bizə inandıqları üçün Xəzər TV ailəsinə təşəkkür edirik. İyunun 2-dən həftə içi 5 gün 2 saat tamaşaçılarla canlı ünsiyyətdə olacağıq. “Hər şey daxil” adlanan verilişdə nələr olacağı sirr olaraq qalsın. Tamaşaçıları bir az intizarda saxlayaq” -, deyə bacılar yeni işlərindən söhbət açıblar.