Əkiz Sevil Sevinc bacıları “Ürəyim” adlı mahnıya çəkdirdikləri klipi təqdim ediblər.
Oxu.Az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, bacılar sənət dostlarını və media nümayəndələrini bir araya toplayaraq yeni kliplərinə təqdimat mərasimi keçiriblər. Söz və musiqisi Tural Bayraməliyevə məxsus olan mahnıya rejissor Nazim Şərbətov ekran həyatı verib. Klipdə əkizlər müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılovanın hazırladığı paltarları geyiniblər.
“Klipdə əməyi keçən hər kəsə təşəkkür edirik. İnanırıq ki, tamaşaçılar bu işimizi də sevəcəklər. Klip bizə pulsuz başa gəldi. Demişdilər ki, “Hər şey daxil” verlişi reytinqlərdə birinci olsa, sizə pulsuz klip təqdim edəcəyik. Birinci olduq və “Xəzər TV” bizə bu klipi hədiyyə etdi. Geyimlərimiz isə Aysuna məxsusdu. Dedik elə geyiimlər seç ki, açıq-saçıq olmasın”. Təqdimat mərasimində Nadir Qafarzadə, Ayaz Qasımov, Ramal İsrafilov, Samira, Elçin Hüseynov, Yaşar Yusub, Gülay Zeynallı, Hacı Nazim, aparıcı Cavid Gül və başqaları iştirak edib.
Əkizlərin “Ürəy”i - VİDEO
Rəylər