Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Elariz Məmmədoğlu Nyu-Yorkda özünə iş tapdı - VİDEO
Xəbər verdiyimiz kimi, müğənni Elariz Məmmədoğlunun həyat yoldaşı Gülnar xanım “Greencard” qazanıb. Bir müddət öncə onlar Amerikaya köçüblər.
Oxu.Az xəbər verir ki, E.Məmmədoğlu Nyu-Yorkda özünə iş tapıb.
Sənətçi bu barədə öz İnstagram hesabında məlumat verib. O çalışdığı yerin videosunu paylaşıb.
“Buradakı soydaşlarımız sağ olsun. Eşitdilər ki, Nyu-Yorkdayam, belə təklif etdilər. Əslən Azərbaycandan olan dağ yəhudilərinin sahibi olduqları restoranda müğənni kimi çalışıram”,- deyə o bildirib.
Elariz Məmmədoğlu Nyu-Yorkda özünə iş tapdı - VİDEO
Rəşad Əliyev
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar