Yaraşıqlı müğənni, gənc qızların sevimlisi Elçin Cəfərovdan xəbər var.
Oxu.Az xəbər verir ki, müğənni “Pərdə” verilişinə müsahibəsində burnunda problem olduğunu bildirib:
“Xəbər çıxdı ki, xəstəxanada yatmışam. Amma vəziyyətim o qədər də ağır deyil. Burnumda həmişə problem olub, hava soyuyan kimi nəfəs almaqda çətinlik çəkmişəm. İndi əməliyyat olunmalıyam. Bunun üçün də İrana gedəcəkdim. Amma işlərimin çoxluğundan gedib çıxa bilmirəm. Əməliyyat zamanı plastik müdaxilə olunmayacaq, çünki burnumun görünüşündən razıyam”.
Aytən Sadıqzadə
www.oxu.az