Emin Ağalarov “Kənarında” adlı albomunu dinləyicilərin ixtiyarına verib.
Oxu.Az xəbər verir ki, Emin Ağalarov bu baradə “Facebook” səhifəsində paylaşıb. Həmin gün ifaçı ad gününü də qeyd edib.
Konsert anşlaqla keçib. Yaraşıqlı müğənni gecə boyu onu izləməyə gələnlərlə maraqlı söhbət edib.
Albomun ərsəyə gəlməsində ona məşhur müğənni Qriqori Leps mənəvi dəstək olub.12 bəstənin yer aldığı diskə Müslüm Maqomayevin “Mavi əbədiyyət” mahnısı da daxil olub.
Konsertdən sonra Emin ad gününü və yeni albomunu Moskvanın möhtəşəm restoranlarından birində qeyd edib. Onu təbrik etməyə gələn qonaqlar arasında aparıcı Yuli Qusman, Andrey Malaxov, Yana Rudkovskaya, müğənni Timati, Filipp Kirkorov, Stas və İnna Mixaylova, Sergey Zverev, aktrisa Aleksandr Revva, Natalya İonova və başqaları olub.
Aytən Sadıqzadə
www.oxu.az