Gənc müğənnilər Elçin Cəfərov və Sevda Yahyayeva birlikdə yeni duet ərsəyə gətiriblər.
Oxu.Az xəbər verir ki, duet şəklində ifa olunan mahnı “Səni sevirəm” adlanır. Mahnının sözləri Azər Şirinə, musiqisi Elçin Cəfərova, aranjimanı isə Tərlan Məmmədhüseynova aiddir.
Yeni mahnı 14 fevral “Beynəlxalq Sevgililər Günü”ndə təqdim olunacaq.
Aytən Sadıqzadə
www.oxu.az