Azərbaycanı “Eurovision 2011” mahnı müsabiqəsində qalib edən müğənni Eldar Qasımov eşqə düşdüyünü etiraf edib.
Oxu.Az ailem.az-a istinadla xəbər verir ki, o, “Sirr deyilsə, sevgilin varmı?” sualına belə cavab verib:
“Bilirsiniz, səhnə adamları çox tez vurulur, tez də ayrılırlar. Hazırda hisslərim oyaqdır (gülür).
Sizə etiraf edirəm: bəli, hazırda sevdiyim qız var və əfsuslar olsun ki, o, yemək bişirə bilmir. Bu, mənim üçün vacib deyil; özüm bişirirəm. Ev işlərini də bölərik: mən əsəbi olmayanda qabları o yuyar”.