“Eurovision 2011”in qalibi Eldar Qasımov şəxsi həyatından danışıb.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi “Pərdə” verilişinə maraqlı açıqlama verib.
Şəxsi həyatından danışan Eldar, yaşca özündən böyük xanımları xoşladığını qeyd edib:
“Sevgilim hazırda Bakıda deyil, xaricdədir. Nə vaxtsa onu media qarşısına çıxaracam. Hələ tezdir, şəxsi həyatımı bir az gizli saxlayıram. Münasibət onunla mənim aramda qalsa, daha yaxşıdır.
Yaşca məndən böyük xanımlarla ailə qurmağı xoşlayıram. Sevdiyim xanım haqqında ailəm bilir, şəxsən tanışlıqları yoxdur. Telefon, internet vasitəsilə danışıblar. Münasibətimə qarışmırlar. Deyirlər, öz ağlın var, düzgün qərar verməyi bacarırsan. Ailə qurmaqla bağlı seçimi mənə həvalə ediblər”.