ANS telekanalının aparıcısı Elgiz Əkbər ata olacaq.
Oxu.Az-ın publika.az-a istinadla məlumatına görə, teleaparıcı sevincli halda xəbəri təsdiq edib:
“Bəli, düzgün xəbərdir. Allah arzusunda olan hər bir ailəyə övlad payı versin. Dünyaya gəlməmişdən şirinliyini ailəliklə hiss edirik. İnşallah, gələn ilin yanvar ayı ata olacağam”.
Qeyd edək ki, Elgiz Əkbər 2015-ci il may ayının 9-u Əsmər adlı xanımla ailə həyatı qurub.