“Adam içində” verilişinin aparıcısı Elgiz Əkbərin başına canlı yayım zamanı inanılmaz hadisə gəlib.
Oxu.Az xəbər verir ki, şikayətçi tamaşaçılardan biri, veriliş zamanı Elgizə meyvə şirəsi atıb. O, çıxartdığı oyunda uduzduğunu görərək televiziya tamaşaçılarının gözü qarşısında biabırçılıq edib. Hirslənmiş iştirakçı, dolu meyvə şirəsini kobud şəkildə götürərək, görməmişcəsinə başına çəkib və boşalmış qabı Elgizin üstünə atıb.
Bu gün “Günəbaxan”da qonaq olan Elgiz, hələ bu vaxta kimi belə bir halla rastlaşmadığını deyib. O, dünən veriliş zamanı qarşılaşdığı gözlənilməz vəziyyəti unuda bilmir.
Aytən Sadıqzadə
www.oxu.az