Əməkdar artist Tünzalə Əliyeva həyat yoldaşı Röyaldan danışıb.
Oxu.Az Axşam.az saytına istinadən bildirir ki, həyat yoldaşı Tünzaləyə qadağalar qoyub:
“Hər həftə verilişimi və rol aldığım serialı həyat yoldaşımla birlikdə izləyirəm. Bəyənmədiyi hər şeyi mənə açıq şəkildə deyir. Ən çox geyimlərimə qarışır. İlk vaxtlar bu xasiyyətini bilmirdim. Bir dəfə işə gedəndə dedi ki, bu cür evdən çıxa bilməzsən. Sinəsi açıq libaslara icazə vermir. Bu səbəbdən nə geyinəcəyimi ona göstərir, məsləhətləşirəm. Ailəmizdə söz-söhbət olmasını istəmirəm. Biz xoşbəxtik”.
Ana olması ilə bağlı suala isə aktrisa belə cavab verib:
“Hələ ki, övlad istəmirəm. İşlərim çox ağırdı. Bu mövsüm verilişimin başa çatmağını gözləyirəm. Uşaq haqda gələn il düşünəcəyəm”.