ANS-in aparıcısı Elgiz Əkbər ötən gün dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın var-dövlətini əsgərlərə qoyduğunu deyib.
Oxu.Az xəbər verir ki, aparıcı bu barədə İnstagram hesabında məlumat verib:
“Dünən mən və “Lider” telekanalının aparıcısı Lamiyə Ələkbərova yaxın dostumuz İlhamə xanımın vəsiyyəti haqda danışdıq. Bir daha bildirmək istəyirəm ki, İlhamə xanım rəhmətlik anasının yanında dəfn olunmağını, üzünə anasının qırmızı yaylığının örtülməsini istəyirdi. Eyni zamanda bütün mirasının pul şəklində Azərbaycan əsgərlərinə xərclənməsini istədi. Allah rəhmət eləsin”.