“Star TV”-də yayımlanan “Zuhal Topalla” evlilik verilişinin azərbaycanlı iştirakçıları Əli Əkbər və Naz Milanın bəy-gəlin fotoları yayılıb.
Oxu.Az xəbər verir ki, Əli fotoşəkillərin canlı yayımda nümayiş olunmasına əsəbiləşib və buna görə Nazı ittiham edib.
“Bu, sadəcə bir fotosessiya idi. Amma Naz mənə söz vermişdi ki, yayılmayacaq”, - deyə Ə.Əkbər söyləyib.
Naz isə açıqlamsında “İstədim ki, aramızda olanları hamı görsün” deyib.
Verilişin növbəti buraxılışında həmin fotosessiya zamanı lentə alınan videogörüntü də yayımlanıb. Naz ilə Əli arasında buna görə yenidən mübahisə başlayıb. Əli Nazın ona hədiyyə etdiyi bəylik kostyumunu geri qaytarıb, Naz isə geyimi studiyaya tullayaraq verilişi əsəbi halda tərk edib.
A.S.
www.oxu.az