Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Əli Mirəliyev və Pərvin Abıyeva qarşı-qarşıya - FOTO + VİDEO
Səs-küylü “Maşın” realiti şousunda bu gün səsverməyə çıxan şəxs müğənni Əli Mirəliyev olub.
Oxu.Az xəbər verir ki, ifaçı yarışma boyu hədəfinin kim olduğunu açıqlamasa da, çıxaracağı şəxsin qadınlardan biri olduğunu deyib.
Daha sonra hədəfinin Pərvin Abıyeva olduğunu deyib. Səbəbini isə belə açıqlayıb:
“Pərvin o gün deyirdi ki, bu qocaları bura niyə yığmısınız?”
“Dilim-ağzım quruyur. Nə deyəcəyimi bilmirəm. İlk gündən iki böyüyümə məndən çox hörmət edən olmayıb. Əli Mirəliyevə "qalsın"a səs istəyirəm. Mən sizin nəvəniz yaşındayam”, - deyə Abıyeva özünü müdafiə edib.
Proqram zamanı tərəflər arasında qalmaqal yaşanıb. Buna səbəb aktrisanın “Mən Mirəliyevin oxuduğunun çoxunu anlamıram” deməsi olub.
“Sən kimsən ki, oxumağımıza nə isə deyirsən? Kim olduğun bilinmir? Sürdüyün bahalı maşını hansı pulla almısan?” - deyərək müğənni gənc aktrisanı ittiham edib.
“Sizə bu sözləri yaraşdırmadım.Mən Türkiyədə tanınan, orada filmə çəkilən yeganə gənc aktrisayam. Məni Əli Mirəliyev verilişinə iki dəfə dəvət edib, çoxlu da tərifləyib. İndi nə dəyişdi? Dəmir parçasına görə edirsinizsə, sizin olsun”, -deyə Abıyeva təəccübləndiyini bildirib. Daha sonra tərəflər sakitləşib.
Sonda Mirəliyev 43,35% "qalsın"a səs toplayaraq yarışmanı tərk edib.
Pərviz Hüseyn
FOTO: Elbrus Musayev
www.oxu.az
Rəylər