Müğənni Əlikram Bayramov oğlu üçün növbəti dəfə toy edib.
Oxu.Az xəbər verir ki, ötən gün paytaxtda media üçün qapalı keçirilən toyda sənət aləminin tanınmış simaları iştirak edib. Gecədən fotolar sosial şəbəkədə yayılıb.
Qeyd edək ki, Ə.Bayramov mayın 16-da paytaxtda daha bir toy etmişdi. Həmin məclisdə yalnız kişilər iştirak etmişdi.