Moskvada “Crocus City Hall”da RU TV-nin beşinci mükafatlandırma mərasimi keçirilib.
Oxu.Az müğənninin rəsmi internet saytına istinadla xəbər verir ki, müğənni-bəstəkar Eminin rusiyalı ifaçı Svetlana Loboda ilə birlikdə ifa etdiyi “Smotriş v nebo” (“Göyə baxırsan”) mahnısı “İlin dueti” nominasiyası üzrə birinci olub.
Eminin adı yazılmış köynək geyinən pərəstişkarları əllərində şarlar və kağızlarla ona sürpriz hazırlayıb, müğənnini təbrik ediblər.
Gecədə mükafat alanlar arasında Ani Lorak, Sergey Lazarev, “Serebro” qrupu və başqaları olub.
Qeyd edək ki, Emin müsabiqədə beş nominasiya üzrə mübarizə aparırdı: "Ən yaxşı duet" (Svetlana Loboda - "Smotriş v nebo"), "Ən yaxşı mahnı" ("Ya luçşe vsex jivu"), "Ən yaxşı müğənni", "Ən yaxşı konsert proqramı", "Sevənlər və sevməyənlər".