London moda həftəsində “Gyunel” brendinin nümayişi keçiriləcək.
Oxu.Az buro247.az-a istinadla xəbər verir ki, Londonda yaşayan azərbaycanlı dizayner Günel Rüstəmovanın nümayişi fevralın 19-da baş tutacaq.

“Gyunel”dən başqa, həmin gün “payız-qış 2016” kolleksiyalarını “Charlotte Olympia”, “John Smedley”, “Bora Aksu”, “Steven Tai” və başqa brendlər təqdim edəcək.
Qeyd edək ki, bu günlərdə “Parisdə de Grisogono” zərgərlik brendi və “Gyunel” brendinin birgə nümayişi baş tutub. Tədbirin qonaqları İrina Şeyk, Bella Hadid, Yevqeniya Silva, moda və zərgərlik biznesinin digər təmsilçiləri olub.

Xatırladaq ki, Günel Rüstəmova ölkənin baş bankiri Elman Rüstəmovun qızıdır. O həmçinin, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə ilə ailəlidir.
