Müğənni Elnarə Xəlilova yenidən aparıcılıq edəcək.
Oxu.Az xəbər verir ki, onun proqramı noyabr ayının 1-dən etibarən, “Anten” FM-də başlayacaq.
“Konfet” adlanan verilişdə mətbəx, dəb, sağlamlıq, gözəllik, ailə və məişət mövzusunda söhbətlər gedəcək.
Qeyd edək ki, proqram həftə içi beş gün efirdə olacaq.
Pərviz Hüseyn
www.oxu.az