Ötən gün müğənni Elnarə Xəlilova Əməkdar artist Azərinin “TRT Avaz” telekanalında efirə gedən “Azərinlə tək ürək” proqramında qonaq olub.
Oxu.Az-ın Milli.Az-a istinadla məlumatına görə, azərbaycanlı müğənni ilə yanaşı türkiyəli ifaçı Adile Kurt Karatepe də proqramda iştirak edib.
Azərin dörd uşaq anası olan Elnarənin övladlarından bəhs edib. Aparıcı onun sənəti ilə yanaşı qayğıkeş ana olmasından danışıb. E.Xəlilovanın övladlarına qoyduğu qədim türk adları türkiyəli izləyicilərin marağına səbəb olub. Onlar sosial şəbəkələrdə “Azəri sənətçinin türk adlı övladları” başlığı ilə bu barədə fikirlərini bölüşüblər.
Xatırladaq ki, teleaparıcı Rövşən Cahangirovla ailəli olan Elnarənin Burla Xatun adlı qız, Tuğər, Öndər və Ərtuğrul adlı oğlan övladları var.
A.S.
www.oxu.az