“Addım” Gənclər Təşkilatı və “CinemaPlus” kinoteatrlar şəbəkəsinin “Cinemaya Addımla” layihəsinə yenidən start verilib.
Oxu.Az xəbər verir ki, layihənin qonağı ölkəmizi “Eurovision”da iki dəfə təmsil etmiş, 2015-ci ildə “O Səs Türkiyə” müsabiqəsinin qalibi olmuş Elnur Hüseynov olub.
Layihə çərçivəsində müğənni gənclərlə bərabər “CinemaPlus”da Şeyn Blekin rejissoru olduğu “Səviyyəli oğlanlar” filmini izləyib.
Elnur tez-tez kinoteatrlarda film izləmədiyini və bu günün onun üçün xoş fürsət olduğunu söyləyib.
Müğənni sarı rəngə boyadılmış saçları ilə media nümayəndələrinin və qonaqların diqqətini çəkib.
Aytən Sadıqzadə
www.oxu.az