Türkiyənin “TV8” telekanalında yayımlanan “O səs Türkiyə” yarışmasının yeni anonsu yayılıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, həmyerlimiz Elnur Hüseynovun da mübarizə apardığı musiqi yarışması gələn həftənin ilk üç günü, Bakı vaxtı ilə saat 22:00-da yayımlanacaq.
Münsiflər heyətində Hadisə, Ebru Gündeş, Gökhan Özoğuz, Mazhar Alanson və Özkanın oturduğu yarışmanın qaydalarına əsasən, gələn həftə Ebru Gündeşin komandasında yarışan Elnur Hüseynov səhnədə Ümit Ortaç adlı iştirakçı ilə duelə çıxacaq.
www.oxu.az