Ölkəmizi bu il “Eurovision”da təmsil edəcək Elnur Hüseynov parti keçirəcək.
Oxu.Az xəbər verir ki, bu haqda ifaçının rəsmi Facebook səhifəsində yazılıb.
“Elnur “Eurovision” üçün Türkiyəni tərk etmədən əvvəl sevənlərinə sürpriz edəcək. Parti canlı olaraq Facebook, Twitter, Youtube-da yayımlanacaq. Gecəni canlı izləyən tamaşaçılardan 20-si Vyanada keçiriləcək “Eurovision”a bilet əldə etmək şansı qazanacaq. Partinin qonaqlarının adı gizli saxlanılır. Tədbir mayın 6-da İstanbulda baş tutacaq" deyə, məlumatda bildirilib.
