Oxu.Az xəbər verir ki, “Sən elə bir zirvəsən” adlanan nəfis tərtibatlı topluda Kamal və Baba Vəziroğlunun birgə yaradıcılıq məhsulu yer alıb.
Ümumilikdə, 10 mahnı “Gəlsən də, gəlməsən də”, “Ayrılığa dözərəm”, “Bağışlaram səni”, “Bilsən də, bilməsən də”, “Dəniz”, “Səndən başqa”, “Səndən nigaranam”, “Yenə yaz gələcək”, “Sən elə bir zirvəsən”, “Gəlsən də, gəlməsən də - instrumental (Muxtar Abseynov) alboma daxil edilib.
Müğənni hər iki müəllifin mahnılarından ibarət albomu çoxdan düşünüb. Baba Vəziroğlu Elnur Məmmədovla daha yeni mahnılar üzərində çalışacaqlarından xəbər verdi.