“O səs Türkiyə”nin yarımfinal gecəsində azərbaycanlı iştirakçı Elnur Hüseynov səhnəyə çıxıb.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, əvvəlcə Ebru Gündəşin komandasında yer alan Elnur onunla birlikdə Ay qız mahnısını ifa edib:
Azərbaycanlı iştirakçı növbəti səsvermə nəticəsində final dördlüyünə vəsiqə qazanıb.
O, sabah final gecəsində qalib olmaq üçün yarışacaq.
Qeyd edək ki, bütün iştırakçılar və münsiflər heyəti bir neçə gün əvvəl qətlə yetirilən Özgecan Aslanın xatirəsinə hörmət olaraq verilişə qollarında sarğı ilə çıxıblar.
Xatırladaq ki, “TV8” kanalında yayımlanan Acun İlıcalının aparıcısı olduğu səs yarışmasının münsiflər heyətində müğənnilər Ebru Gündeş, Hadisə, Mazhar-Özkan cütlüyü və Gökhan Özoğuz yer alırlar.