Müğənni Elnur Məmmədov “Sonunda” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.
Oxu.Az-ın məlumatına görə, ekran işinin rejissoru Samir Fərzəlibəyovdur. Mahnının sözləri Nadoya, musiqisi Elvin Musayevə məxsusdur. İfaçının yeni klipindəki modellərdən biri ukraynalı məşhur model Maryana Svetanovnadır. Klipdə həm də pələnglər yer alıb.
Aytən Sadıqzadə
www.oxu.az