Elton Con böyük musiqiçi və mərhəmətli insandır. Məhz bu keyfiyyət musiqiçinin Britaniyanın “Sunday Times” qəzetinin “İlin filantropu” reytinqində lider mövqeyində olmasına yardım edib (filantrop - yunanca “sevmək” və “insan” sözlərindən götürülüb, ehtiyacı olanlara kömək məqsədilə fəaliyyət göstərən insanlara deyilir –red.).
Ötən il ərzində Elton Con xeyriyyəçiliyə onlarla milyon funt xərcləyib, o cümlədən 2,68 milyon funt AİDS ilə mübarizəyə sərf edilib.
Müqayisə üçün “Coldplay” qrupu xeyriyyəçiliyə 1,7 milyon funt, Rinqo Starr – 1,6 milyon funt sərf edib. Condan başqa siyahıda One Direction boyz-bendi və “Queen” iştirakçıları Brayan Mey və Rocer Teylor da yer alır. Məşhur musiqiçilərdən başqa öz comərdliyi ilə yazıçı Coan Roulinq də seçilib (10,3 milyon funt).
Aytən Sadıqzadə
www.oxu.az