Elton John və həyat yoldaşı David Furnish Kaliforniyada yerləşən 34 milyon dollarlıq villaları ilə gündəmə gəliblər.

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, 68 yaşlı ingilis musiqiçi Elton John və 52 yaşlı həyat yoldaşı David Furnish əsl dəyəri 63 milyon dollar olan bu kiçik sarayı Guess markasının ortağı Armand Marciano-dan satın alıb.

Üç mərtəbəli villa yeddi ədəd yataq otağı, 10 böyük vanna otağı, 12 kiçik vanna otağı, böyük yemək otağı, böyük zal,üç xidmətçi otağı, mətbəx, kitabxana, zirzəmi, kino və idman zalından ibarətdir.

Təxminən 2 min 300 kvadrat metrlik villanın bağçasında 11 maşınlıq qaraj və böyük bir hovuz var.

Xatırladaq ki, eynicinsli cütlük Elton John və David Furnish daşıyıcı analıq üsuluyla iki uşaq sahibi olmuşdular.

John-un təxmini sərvəti 413 milyon dollardır.

Aytən Sadıqzadə
www.oxu.az