Əməkdar artist Elza Seyidcahan yanğından xəsarət alanları xəstəxanada ziyarət edib.
Oxu.Az məlumat verir ki, ifaçı bu baradə İnstaqram səhifəsində məlumat verib:
“Bu xanımı ölümdən pişiyi “Rurka” xilas edib. Ancaq pişik özü ölüb. Heyvanda etibara baxın. Xanım deyir ki, yatıbmış. Pişik onu yuxudan oyatmasaydı, tüstüdən boğulub, öləcəkdi. Pişik ölümü öz üstünə götürüb, sahibini xilas edib. Şükür heyvanına, ay Allah”.
