Elza Seyidcahan əməliyyat olundu.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, əməkdar artist Elza Seyidcahan səhhətində yaranan problemlə əlaqədar 1 saylı Şəhər Kliniki Xəstəxanasının Ginekologiya şöbəsində yatır.
3 gündür xəstəxanada müalicə alan müğənni-bəstəkar artıq əməliyyat olunub.
Elza Seyidcahanın xəstəxanada müalicə aldığını yaxın ətrafı və 1 saylı Şəhər Kliniki Xəstəxanasının növbətçi hissəsi də təsdiq edib.