Suriyada silahlı müxalifətin yaraqlıları minaatanlardan Hələbin yaşayış məhəllələrini atəşə tutublar.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, mərmilər Touban məscidinin yaxınlığında partlayıb, nəticədə 10 nəfər həlak olub, 60 nəfər yaralanıb.
Paytaxt Dəməşq ətrafında isə mərminin qaçqın düşərgəsinə düşməsi nəticəsində biri 4 yaşlı uşaq olmaqla 2 nəfər ölüb, daha 9 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib.