Əməkdar artist Elza Seyidcahan yeni layihələrindən danışdı.
Oxu.Az-a bu haqda məlumat verən bəstəkar-müğənni himni rabitəçilərə həsr etdiyini söyləyib:
“Himni rabitəçilərə yazmışam. Sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi mənə məxsusdur. Rabitəçilərin bizim həyatımızda böyük rolu var. Onların da əziyyətini qiymətləndirmək istədim”.
Digər layihələrindən də söz açan E.Seyidcahan bunları vurğuladı:
“Bildiyiniz kimi, yaz-yay aylarına doğru təyyarəçilərə konsert verməyi planlaşdırıram. Rabitəçilərin himnini həmin konsertdə təqdim edəcəyəm. Bu, möhtəşəm layihə olacaq. Bunu dünyada ilk dəfə Kim Wilde edib. Bu, sadəcə şou xarakterli bir layihə olub. Mən isə daha fərqli layihə təqdim edəcəyəm. Mən bunu dünyasını dəyişən təyyarəçilərin əziz xatirəsinə, ümumiyyətlə, bu peşə ilə məşğul olan hər kəsə həsr edirəm. Günümün 2-3 saatını tez-tez təyyarədə keçirirəm. Ona görə də təyyarəçilərin əziyyətini dəyərləndirərək bu layihəni həyata keçirmək qərarına gəldim”.
Yeniliklərim bununla bitmir:
“Eyni zamanda, xanəndə Teyyub Aslanovla “Vətənsiz olmasın” adlı duetimiz olacaq. Sözləri Abbas Mazanova, musiqisi mənə aiddir. Bu mahnı estrada ilə muğamın sintezindən ibarət olacaq”.
Aytən Sadıqzadə
www.oxu.az