23 yaşlı Böyük Britaniya sakini, artıq 11 ildir ki, yumurtalıqların polikistozu sindromundan əziyyət çəkir, nəticədə üzündə saqqal əmələ gəlir.
Oxu.Az The Daily Mail-ə istinadən bildirir ki, Berkşirdən olan Harnam Kaurun bədəni, cinsi yetişkənlik dövründə kəskin şəkildə tüklə örtülməyə başlayıb. Onun üzü, çiyinləri və əllərini tük basır, bu isə həm məktəbdə, həm də küçədə istehza obyektinə çevrilməyə gətirib çıxarır. Bir zamanlar, hətta utandığından ölmək belə istəyib.
Kaur bədənindəki xoşagəlməz tüklərlə mübarizəni uğursuz da olsa davam etdirirdi. Bir gün dini baxışlarına görə bədəndəki tüklərin qırxılmağı qadağa altında olan dini ideoloji cərəyanla tanış olana qədər.
Qızın sözlərinə görə, o, bir daha saqqalından yaxa qurtarmağa çalışmayacaq, çünki onu Allah belə yaradıb, və o olduğu kimi xoşbəxt olmağa çalışacaq:
“Saqqalla mən özümü daha cazibədar hiss edirəm, daha seksualam və mənə elə gəlir ki, müvafiq olaraq da görünürəm. Mən özümü olduğum kimi sevməyi öyrəndim, artıq heç nə mənim əminliyimi poza bilməz”.
Yeniyetmə dövründə Kaur mütəmadi olaraq üzündəki tüklərdən mum və ülgüc vasitəsilə yaxa qurtarmağa çalışıb. Nəticədə isə onlar daha da qalınlaşaraq intensiv inkişaf etməyə başlamışlar.
“Evdən çıxmaq istəmirdim”, - qız etiraf edir.
“İnsanların baxışlarından qorxurdum, daima evə qapanırdım. Bu o qədər dəhşətli idi ki, mən yaşamaq istəmirdim”.
16 yaşı olanda Harnamın həyatı birdən-birə dəyişir – sikxa cərəyanı ilə tanış olur, bu isə o demək idi ki, artıq o üzündəki tüklərdən yaxa qurtarmağa məcbur deyil.
Hal-hazırda Kaur bu dini cərəyana aid məktəbdə, ilkin siniflərdə müəllim assistenti vəzifəsində çalışır. O, etiraf edir ki, bəzən mənə “cənab” deyə müraciət edirlər, bu, artıq mənim xətrimə dəymir.