Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Elza Seyidcahan: Öz əlimlə sevgimi basdırmağa məcburam
Əməkdar artist Elza Seyidcahan növbəti şeirini təqdim edib.
Oxu.Az-a bu haqda məlumat verən müğənni-bəstəkar bildirib ki, onun yeni “cızma-qara”sı “O həyatdır” adlanır.
Soruşursuz ki, səni kimdir yazdıran belə?
Həyat?
Bəli!..
Məni bir yazdıran var,
Yazdıranı qazdıran,
Qazdıranı basdıran var...
Basdırıb da
Üstünü də örtdürən var...
Ey yar!
Sevgi məgər günahdır?
Öz əlimlə öz sevgimi
Basdırmağa məcburam mən,
Məhkumam mən?
Ömür bizə bir dəfədir,
Gözəl sevgi səhifədir.
1-cisi... 2-cisi... 3-cüsü... 4-cüsü... 5-cisi... 6-cısı... 7-cisi...
Mənim üçün
Bir möcüzədir,
Axtardığım həqiqətdir,
İzlədiyim nəhayətdir,
İtirdiyim kifayətdir,
Hamısı bir heyranlığın zirvəsində...
Ulduzluğun kölgəsində!
7-cisi.... Şan-şöhrətin ortasında
İstədiyim məhəbbətdir...
Bizə bəsdir!
Həyat təkdir!
Bilirik ki, əvvəl-axır
O da nəhsdir,
O da nəfsdir!
Biz gedəndən sonra,
Həyat nə kəsdir?
Həyat nə kəsdir?
Həyat?.. O kəsdir!..
O... O... O...
Aytən Sadıqzadə