Əməkdar artist Elza Seyidcahanın başına iş gəlib.
Oxu.Az xəbər verir ki, tədbirlərin birində maşını ilə Lent.az-ın fotokameralarına tuş gələn müğənni “Jeep” markalı, 10 LZ 799 dövlət seriyalı avtomobilinin şüşəsinin naməlum şəxslər tərəfindən sındırıldığını söyləyib:
“Bu yaxınlarda oğlumun toyu oldu. Onun toyundan bir neçə gün keçmişdi ki, maşınımın qabaq şüşəsini qırıq vəziyyətdə gördüm. Bunu edənlər gec-tez cəzalarını çəkəcəklər. Dünya malı gəldi, gedərdi. Təki, canımıza bir şey olmasın”.
Qeyd edək ki, “Jeep” markalı avtomobilin qiyməti 70 minə yaxındır.