Seks-industriyanın gündəlik gəliri milyon dollardan artıq olur.
Bakıda qazanc axtaran bu “məhəbbət kənizləri”nin sayı tam olaraq məlum deyil. Amma əgər fahişələrin qazanc axtaracağı kafe, sauna, bar və digər yerləri saysaq, o zaman gündəlik olaraq 3 min fahişənin olduğunu təxmin etmək olar. Bu faktı nəzərə alsaq seks-industriyanın gəliri milyon dollardan çox olur.
Oxu.Az “Exo” qəzetinə istinadən xəbər verir ki, bu barədə Davamlı İnkişaf Mərkəzinin sədri Nəriman Ağayev bəyan edib.
Onun sözlərinə görə regionlardan olan kişilər Bakıya axışırlar, bu isə fahişələrə olan tələbatı artırır. Tələbat isə bildiyimiz kimi təklifə səbəb olur.
“Məhəbbət kənizləri gecə 2-dən səhər 5-ə kimi işləyirlər. Ən aşağı qiymət 10 manatdır, əsasən onları Səməd Vurğun parkının yanında görmək olar. Ümumilikdə belə qızların müxtəlif səviyyələri olur. Məsələn, onların qiyməti 30 manatdan 800 manata qədər dəyişir”, - ekspert deyir.
“Təmiz dünya” qeyri-hökumət təşkilatının rəhbəri Mehriban Zeynalovanın “Exo”-ya dediyinə görə, Azərbaycanda fahişələri bir neçə kateqoriyaya ayırmaq olar: elit, yüngül davranışlı qızlar, evlərdə, sauna və yolda dayananlar və s. Müvafiq olaraq qiymətlər də dəyişir.
“Qiymətlər 15 manatdan 150 manata qədərdir. Bardakı fahişələr 25 manatdan 100 manatadək pul alırlar, bu görüşün vaxtından asılıdır”.
Azərbaycan hüquq mühafizə mərkəzinin rəhbəri Eldar Zeynalov öz növbəsində “Exo”-ya seks-xidmətləri sahəsinin pul dövriyyəsi barədə bir söz demək çətin olduğun deyib.
“Amma əgər şəhərdə neçə sauna, bar və gecə kafesi olduğunu aydınlaşdırsaq, hər müştəridən 20 manat gəlir əldə edən 5-10 işçi hesablasaq, artıq buradan təxmini rəqəm müəyyən etmək olar”, - o fikrini bölüşüb.