Əməkdar artist Elza Seyidcahan “Göbələklər” adlı növbəti şeirini təqdim edib. Müğənni-bəstəkarın öz dili ilə desək yeni cızma-qarasını bu dəfə həmkarlarına həsr edib.
Oxu.Az xəbər verir ki, ifaçı bu barədə ATV-də yayımlanan “Onlar” verilişində “Yağışdan sonra göbələk kimi çoxalan müğənnilər üçün yazmışam” - deyə, bildirib:
Yağışlıqdan doğan göbələklər bizik biz,
Yağışlıqdan doğan göbələklər dibələklər siz.
Şehlənmişlikdən doğan göbələklər, kəpənəklər küsəcəklər,
Kimik, kimik deyəcəklər.
Güləcəklər, yağışlanmışlıqdan doğan göbələklər,
Nəmişlənmişlikdən doğan itəcəklər.
Şehləndirilmişlikdən doğan kimi bəklər
Meşəbəylər gələcəklər,
Bağ dediyimi sanacaqlar, tağ dediyimi sayacaqlar.
Dərəcəklər, deyəcəklər, yağışdan doğan tövbələklər.
Şehləndirilmişdən doğan lövbərəklər süzəcəklər,
Üzəcəklər, içəcəklər, deyəcəklər.
Leysan yağışlıqdan doğan göbələklər boya bəklər, soya bəklər
Bizik biz, yağşdan qabaq doğan göbələklər.