Müğənni Firuzə İbadova doğum gününü qeyd edib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, əməkdar artist ad günündə bunları etiraf edib:
“Altmış yaşımı qeyd etdiyim gün, həyatımda ən yadda qalan ad günü oldu. Belə ki, qızım Hülya mənə sürpriz hazırlayaraq, sənətçi dostlarımı bir məkana yığdı. Ad günümə tanınmışlardan İlhamə Quliyeva, Nüşabə Ələsgərli, Zöhrə Abdullayeva, Almaz Ələsgərli, Elnur Məmmədov, Elton Hüseynəliyev, Nazənin və iranlı müğənni də gəlmişdi.
Hər birinə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm ki, şad günümdə mənim yanımda oldular və sürpriz etdilər. Gecədə mənim həyat və yaradıcılığımı əks etdirən görüntülər nümayiş olundu. Hətta cavanlıq şəkillərimi də göstərdilər. Bunları görmək çox xoş idi. Nostalji hisslərə qapıldım. Bu anları yaşamaq həqiqətən də çox xoş oldu”.
Qeyd edək ki, F.İbadova 1954-cü il fevralın 18-də Bakıda anadan olub. Uzun illər “Azkonser”tin, “Dan ulduzu” ansamblının, Azərbaycan Dövlət Televiziyasının solisti kimi çalışıb. Ailəlidir, bir qızı var.