Respublikanın Əməkdar artisti, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin dosenti, tanınmış kino və teatr aktyoru, “Şərəf” ordenli Telman Əliyev əməliyyat olunub.
Oxu.Az xəbər verir ki, o, uzun müddətdir disk yırtığından və bununla əlaqədar olaraq, ayaq ağrısından, yerişin çətinləşməsindən əziyyət çəkirdi.
Neyrocərrah Əliosman Qədimbəyli tərəfindən aktyorun onurğa yırtığı xaric edilib və Əməkdar artist əvvəlki sağlamlığına qovuşub.
Bu haqda “Milana Hospital”ın “Facebook”dakı səhifəsində məlumat verilib.
Telman Əliyevin əməliyyatdan əvvəl və sonra çəkilən fotoşəkillərini təqdim edirik:

Artıq evə yazılan aktyoru tələbələri də ziyarət ediblər.

Aytən Sadıqzadə
www.oxu.az