Gənc Tamaşaçılar Teatrının və Azərbaycan Dövlət “Yuğ” Teatrının aktyoru, Əməkdar artist Rasim Cəfər tədbirlərin birində görüntülənib.
Oxu.Az xəbər verir ki, onun yanında həyat yoldaşı Reyhan İsayeva da olub.
Tədbirə əl-ələ gələn cütlük gecə boyu səmimi görüntülər sərgiləyib.
Qeyd edək ki, Rasim Cəfər “Əli və Nino”, “Döngələr”, “Çaqqal nəfəsi”, “Üçüncü günün adamı” kimi ekran işlərində yer alıb.
Pərviz Hüseyn
Foto: Ehtiram Jabi
www.oxu.az