Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Əməkdar artist makiyaj edən xanımları tənqid etdi
Əməkdar artist Kəmalə Müzəffər gündəlik həyatında makiyaj edənləri qınayıb.
Oxu.Az xəbər verir ki, o, bununla bağlı şəxsi “Instagram” hesabında paylaşım edib.
Aktrisa özü çox az makiyaj etdiyini vurğulayıb:
“Gündəlik həyatda çox makiyajı sevmirəm. Qadınlara da tövsiyə etmirəm. Həmişə fikirləşirəm ki, insan günün günorta çağı niyə üz-gözünü rəngbərəng boyasın? Axı təbiilik ən böyük gözəllikdir.
Amma müəyyən və əlamətdar günlərdə makiyaj qaçılmazdır. Əsas da klassik tamaşalarda”.
Ən çox oxunanlar
Rəylər