ARB TV-nin “Ona qalsa” verilişinin növbəti qonağı əməkdar artist Rəhman Rəhmanov olub.
Əməkdar artist oğlunun ölümündən danışıb:
“Emilin rəhmətlik qardaşı, oğlum 27 yaşında dünyasını dəyişib. Onun Emildən də yaxşı səsi var idi. Evləndirmişdim, qəşəng də toy etmişdim. 2004-cü ildə eyvandan yıxıldı, gicgahına batan balaca daş şah damarını kəsdi”.