Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Sabir Məmmədov ötən gün qızını gəlin köçürüb.
Oxu.Az xəbər verir ki, aktyorun qızı Günel Nahid adlı bəylə nikah masasına əyləşib. Toy mərasimində bir sıra məşhur simalar da iştirak edib. Onların arasında xalq artistləri Firəngiz Mütəllimova, Məleykə Əsədova, Ramiz Novruz, aktrisa Dilarə Əliyeva və başqaları olub.
Aytən Sadıqzadə
www.oxu.az