Şou-biznesdə iki gündü qalmaqallar səngimək bilmir.
Oxu.Az xəbər verir ki, Almaz Ələsgərova “Space” telekanalında yayımlanan “Şou+” verilişində açıqlamasında bunları söyləyib:
“Heç bir müğənni gedib Türkiyə, Gürcüstan şou-biznesində məşhurlaşa bilməz. Buna heç biri imkan yaratmaz. Buna görə də istərdim ki, bizim müğənnilər də xarici ifaçıların gəlib burada tanınmasına imkan verməsinlər”.
O, “Aygün Kazımova Türkiyə şou-biznesinə qatılıb. Orada yeni şirkətlə iş birliyinə başlayıb. Bunu bilirsiniz?” sualına isə belə cavab verib:
“Hanı, Aygün Kazımova var? Getdi bir klip çəkdirdi gəldi, çəkildi oturdu burda. Deyirlər ki, şirkətlə iş birliyinə başlayıb, amma ortada yoxdur. Aygün Kazımova ilə dostam, onu çox istəyirəm, bu sözlərimin münasibətə təsiri yoxdur”.
Aytən Sadıqzadə
www.oxu.az