Göygöl rayonu ərazisində qətl törədilib.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Stansiya Qızılca kəndində qeydə alınıb.
Daşkəsən rayonunun Xoşbulaq kənd sakini, 28 yaşlı Yasin Həsənov qisas zəminində Göygöl rayonunun Stansiya Qızılca kənd sakini, 46 yaşlı Elçin Həsənovu qoşalülə tüfənglə güllələyərək qətlə yetirib.
Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə illərdir, sürən qisas zəminində baş verib. Qətlə yetirilən şəxs 9 il əvvəl qanlı hadisəni törədənin qardaşını öldürüb.
Göygöl rayon prokurorluğunun köməkçisi Vasif Süleymanov deyib ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. Həmin cinayət işi üzrə Daşkəsən rayon Xoşbulaq kənd sakini 1985-ci il təvəllüdlü Həsənov Yasin Sabir oğlu şübhəli şəxs qismində saxalanılıb.
Yasin Həsənovla Elçin Həsənov yaxın qohumdurlar..