“Ad günlərimi keçirməyi sevmirəm”.
Oxu.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Ədalət Şükürov “Xəzər” televiziyasında yayımlanan “X Maqazin” proqramında deyib.
Gələn il 50 yaşını qeyd edəcək sənətçi bu əlamətdar günü təmtəraqlı keçirəcəyinin anonsu verdi:
“Həyatımda yaxşılığı da, pisi də görmüşəm. Taleyimdən çox razıyam. Gələn il yubileyimdir. Onu təmtəraqlı keçirmək istəyirəm. Ailəmin ilk böyük tədbiri olacaq. Təbii ki, yenə də qismət...”

Rəşad Əliyev